Dünya

BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı fövqəladə sessiyasının vaxtı dəyişdirilib

9 Avqust 2025, 08:2949
Reklam728x90
Reklam320x100

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bazar günü İsrailin Qəzza şəhərini işğal etmək qərarını müzakirə edəcək.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, fövqəladə sessiyanın vaxtı dəyişdirilib.

Avropa.info xəbər verir ki, bu günə planlaşdırılan sessiya avqustun 10-u bazar gününə keçirilib.

Yerli vaxtla saat 10:00-da keçirilməsi planlaşdırılan sessiyanın niyə başqa vaxta keçirildiyi açıqlanmayıb.

İsrail  hökumətinin  Qəzza şəhərini işğal etmək qərarından  sonra  , ABŞ  və  Panama  istisna olmaqla, BMT Təhlükəsizlik Şurasının bütün üzvləri iclas tələb edib .

ABŞ isə görüşün baş tutmamasında israr edib.

İsrail Təhlükəsizlik Kabineti cümə axşamı axşam Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib.

İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə “bütün Qəzzanı nəzarətə götürməyi” hədəflədiklərini deyib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600