Manşet

Mehriban Əliyeva tarixi görüşlə bağlı paylaşım etdi – Fotolar

9 Avqust 2025, 05:4188
Reklam728x90
Reklam320x100

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşü ilə bağlı paylaşım edib.

Avropa.info xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!”

 








Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600