Dünya

Danimarkada məktəbə silahlı hücum planlaşdıran 15 yaşlı tələbə həbs edilib

8 Avqust 2025, 09:0130
Reklam728x90
Reklam320x100

Danimarkanın cənub-şərqindəki Koldinq şəhərində özəl məktəbə silahlı hücum planlaşdırmaqda şübhəli bilinən 15 yaşlı oğlan saxlanılıb.

Avropa.info bildirir ki, Polis hücumun üç tələbə tərəfindən planlaşdırıldığını bildirib. Digər iki şübhəli isə dindirildikdən sonra sərbəst buraxılıb.

Cənub-şərqdəki Jutland bölgəsinin polisi keçən cümə günü St. Michaels adlı özəl məktəbə silahlı hücum xəbəri aldığını açıqlayıb.

Bildirilib ki, Koldinq şəhərində yerləşən bu məktəbin avqustun 11-də ölkədə yay tətilinin bitməsinə az qalmış hədəfə götürülməsi planlaşdırılıb.

Səlahiyyətlilər hadisənin aşkarlanmasından sonra məktəb və ya ərazi üçün heç bir təhlükəsizlik təhdidinin olmadığını vurğuladılar. Onlar hücumun hədəfi olan məktəbdəki şagirdlərin  təhlükəsiz olduqlarını bildiriblər  .

Adam öldürməyə cəhddə ittiham olunan 15 yaşlı şübhəli prokurorun tələbi ilə gətirildiyi məhkəmə tərəfindən 4 həftə müddətinə müvəqqəti həbs edilib.

Bələdiyyənin mətbuat xidmətindən verilən məlumata görə, şübhəlilərin hamısı hücumu planlaşdırdıqları məktəbin deyil, başqa məktəbin şagirdləridir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600