Dünya

Keniyada şəxsi təyyarənin yaşayış məntəqəsinin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb

8 Avqust 2025, 07:4336
Reklam728x90
Reklam320x100

Keniyanın paytaxtı Nayrobidə 4 nəfərin olduğu şəxsi təyyarənin yaşayış məntəqəsinə çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Avropa.info Milli KİV-ə istinadən xəbər verir ki, Afrika  Tibb və  Araşdırma  Fonduna məxsus təyyarə paytaxt Nayrobidən təxminən 20 kilometr şimal-şərqdə yaşayış massivindəki binaya çırpılıb.

Kiambu Regional  Polis  Komandiri Maurice Odanqa qəzada iki nəfərin öldüyünü, iki yaralının isə xəstəxanaya aparıldığını açıqlayıb.

Odanqa hadisə ilə bağlı istintaq başladıldığını bildirib.

Sosial  şəbəkələrdə  yayılan görüntülərdə qəza yerindən qalın qara tüstü qalxdığı və ərazidəki yüzlərlə insanın alov, dağıntı və toz arasında ilk yardım qrupları ilə birlikdə xilasetmə işlərinə qoşulduğu əks olunub.

Təyyarənin missiyası, qəzada ölənlərin kimliyi və ya qəzanın səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hadisə yerinə təcili yardım qrupları və mülki  aviasiya  orqanları göndərilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600