İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərindəki Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahını hədəfə alıb. İlkin məlumatlara görə, hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan Yunis şəhərindəki qərargahını bombalayıb .
İlkin məlumata görə, bir Qızıl Aypara əməkdaşının həyatını itirdiyi, 3 nəfərin yaralandığı hücumda birbaşa işçilərin yerləşdiyi ərazi hədəf alınıb.
Partlayışdan sonra binada yanğın baş verib.
7 oktyabr 2023-cü il tarixindən etibarən İsrail ordusu Qəzzada bir sıra şiddətli hücumlara başlayıb, onlarla xəstəxana və səhiyyə müəssisəsini bombalamaq, basqın etmək və ya dağıtmaqla humanitar fəlakətə səbəb olub.
Hücumlarda onlarla tibb işçisi həyatını itirib, bir çox xəstəxana və səhiyyə müəssisəsi tamamilə xidmətdən çıxıb.
Qəzzadakı fələstinlilər deyirlər ki, İsrail “həyatı yaşanmaz hala gətirmək üçün” səhiyyə sistemini hədəfə alır.