Dünya

Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib

30 İyul 2025, 16:4729
Reklam728x90
Reklam320x100

Rusiya zəlzələ və sunami ilə üzləşmiş Kamçatka bölgəsində “yüksək hazırlıq vəziyyəti” elan edib.

Avropa.info xəbər verir ki,Kamçatka vilayət qubernatorluğundan verilən açıqlamaya görə, qubernator Vladimir Solodov fövqəladə hallar komissiyası ilə iclas keçirib.

İclasda  Kamçatka bölgəsində baş verən zəlzələ və sunamidən  sonra “yüksək hazırlıq vəziyyəti” elan edilib .

Müvafiq olaraq, zəlzələ və sunami nəticəsində infrastruktura dəyən ziyan aradan qaldırılacaq, bölgədə sakinlərin təxliyyəsi üçün yaradılmış mərkəzlərə baxış keçiriləcək.

Bildirilib ki, Moskva  vaxtı ilə səhər saat 3:00 radələrində Kamçatkada 8,8 bal gücündə zəlzələ baş verib və bu, 1952-ci ildən bəri bölgədə baş verən ən güclü zəlzələ olub.

Zəlzələ və sunamidən zərər çəkən Saxalin vilayətinin Severo-Kurilsk və Kamçatka vilayətinin Petropavlovsk-Kamçatski şəhərlərində fövqəladə vəziyyət elan edilib.

Hadisə zamanı insan itkisi olmasa da, şəhərlərdə bəzi binalara ziyan dəyib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600