Dünya

Böyük Britaniya Nazirlər Kabineti Qəzza ilə bağlı təcili iclas keçirəcək

28 İyul 2025, 09:5433
Reklam728x90
Reklam320x100

Böyük Britaniyanın baş naziri Keir Starmerin Qəzzadakı vəziyyəti həll etmək üçün bu həftə Nazirlər Kabinetini fövqəladə iclas çağıracağı bildirilir.

Avropa.info xəbər verir ki, Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Baş nazirlik ofisinin 10 nömrəli mənbələri, Starmerin bu həftə Nazirlər Kabinetinin iclası keçirəcəyini və sentyabrın 1-dək yay tətilində olan nazirlərin Qəzza böhranını müzakirə etmək üçün bir araya gələcəklərini bildirib.

Baş nazirlik mənbələri Starmerin Fələstin dövlətinin tanınması üçün artan təzyiqlərdən sonra kabineti ilə Qəzzadakı vəziyyəti müzakirə edəcəyini bildirib.

Mənbələr həmçinin bildiriblər ki, Britaniya hökuməti Yaxın Şərqdəki vəziyyətin həllinə kömək etmək üçün atacağı addımları yaxın günlərdə müəyyən edəcək.

Baş nazir Starmerin  bu gün Şotlandiyada ABŞ  prezidenti  Donald Trampla  görüşündə Qəzzadakı vəziyyəti qaldıracağı gözlənilir .

Qəzza zolağında  aclıqdan ölənlərin sayı artır

İsrailin hücumu və humanitar yardımların daxil olmasını məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena materiallarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.

Qəzza zolağında xüsusilə uşaqlar arasında aclıqdan ölənlərin sayı artır. Zolaqda aclıqdan ölən fələstinlilərin sayı 133-ə çatıb.

İsrailin tətbiq etdiyi embarqo səbəbindən Qəzzada başlayan aclıq fəlakətindən sonra  Birləşmiş Ərəb Əmirlikləri  (BƏƏ) və  İordaniya  bölgəyə havadan yardım göndərməyə başlayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600