Dünya

Suriyada silah anbarında partlayış: 5 ölü, 14 yaralı

12 İyul 2025, 09:2917
Reklam728x90
Reklam320x100

Suriyanın Hələb şəhəri yaxınlığında silah anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

Partlayışa nəyin səbəb olduğu barədə dəqiq məlumat verilmir.

Ehtimallar arasında anbarda baş verən yanğın və ya İsrail ordusunun endirdiyi zərbələrin olması var.

Bildirilib ki, partlayış nəticəsində hərbi obyektin yaxınlığında yerləşən bir neçə binaya da ziyan dəyib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600