Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlət həllinin müzakirə olunacağı “Beynəlxalq Fələstin Konfransı” 28-30 iyul tarixləri arasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı qərargahında keçiriləcək.
Avropa.info xəbər verir ki, Konfransa həmsədrlik edən Fransa və Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndəlikləri konfransla bağlı üzv ölkələrə dəvət məktubları göndəriblər.
Məktubda Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlət həllinin müzakirə olunacağı yüksək səviyyəli “Beynəlxalq Fələstin Konfransı”nın 28-30 iyul tarixləri arasında baş tutacağı bildirilib.
BMT Baş Assambleyasının qətnaməsi ilə qərara alınan “Fələstin üzrə Beynəlxalq Konfrans” iyunun 17-20-də keçirilməli idi. İyunun 13-də İsrailin İrana hücumundan sonra konfrans təxirə salınıb.