Dünya

İsraildən atəskəslə bağlı açıqlama

24 İyun 2025, 10:5251
Reklam728x90
Reklam320x100

 

İsrail tərəfi İranla atəşkəsin əldə olunduğunu təsdiqləyib.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi yayıb.

Bildirilib ki, İsrail İranla bağlı hərbi əməliyyatın bütün məqsədlərinə nail olub və ikitərəfli atəşkəsə razılaşıb.

“İsrail atəşkəs rejiminin istənilən pozuntusuna qətiyyətlə cavab verəcək. İsrail müdafiədə göstərdiyi dəstəyə və İranın nüvə təhdidinin aradan qaldırılmasında iştiraka görə Prezident Trampa və ABŞ-yə minnətdarlığını bildirir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İran mediası, eləcə də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini açıqlamışdı.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600