İsrailin başda paytaxt Tehran olmaqla İranın müxtəlif şəhərlərinə hücumları gecə saatlarında da davam edib.
Avropa.info İran mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 01:30 radələrində Tehranın bir neçə bölgəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.
Tehranın cənubunda, şimalında və şərqində hava hücumundan müdafiə sistemlərinin işə salındığı, pilotsuz uçuş aparatlarının (PUA) vurulduğu bildirilib.
Vurulan PUA-ların sayı ilə bağlı hələ rəsmi açıqlama verilməsə də, növbəti saatlarda Tehranın şimalında hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirib.
Həmçinin bildirilib ki, eyni zamanda Tehranın şərqindəki Kereç şəhərində, Şiraz və Yəzddə də hava hücumundan müdafiə sistemləri işə düşüb, Kerechdə partlayış səsi eşidilib.
Saat 03:00 radələrində İrandan İsrail istiqamətində raket atıldığı bildirilərkən, Fars Xəbər Agentliyi sözügedən raketin Yəmənə aid olduğunu iddia edib.
İsrailin İrana hücumları davam edərkən, İran rəsmiləri İsrailin gün ərzində 10-dan çox şəhərə hücum etdiyini açıqlayıb.