Manşet

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul etdi

19 İyun 2025, 11:0252
Reklam728x90
Reklam320x100

Azərbaycan Prezidenti İlham Əliyev bu gün bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.

Avropa.info xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.

Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda bp şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.

Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600