Dünya

ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

17 İyun 2025, 09:425
Reklam728x90
Reklam320x100

ABŞ-ın bu həftə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Erakçi arasında görüş ehtimalını dəyərləndirdiyi iddia edilib.

Məsələdən xəbəri olan dörd rəsmi   Axios-a bildirib ki, iki ölkə arasında planlaşdırılan təmasda əsas məqsəd nüvə sazişini müzakirə etmək və İran  və  İsrail arasında münaqişəyə son qoymaqdır.

Witkoff və Erakçi arasında görüş ehtimalını təsdiqləyən adı açıqlanmayan ABŞ rəsmisi Axios-a “İranlılarla görüş bu həftə nəzərdən keçirilir” dedi.

Xəbərdə Tramp administrasiyasının dünənki görüş təklifini İran tərəfi ilə paylaşdığı və Trampın İranın Fordo uran zənginləşdirmə obyektini məhv etmək üçün lazım olan bunker bombalarını Tehranı razılaşmaya məcbur etmək üçün mühüm təzyiq elementi kimi gördüyü iddia edilib.

Münaqişə İsrailin İrana şiddətli hücumları ilə başlayıb

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.

 Hücumlarda İranın  Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600