ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yaydığı bəyanatla növbəti dəfə İran rəhbərliyinə və dünya ictimaiyyətinə açıq mesaj göndərib.
Tramp daha sonra ciddi xəbərdarlıq edərək bütün xarici ölkə vətəndaşlarını Tehrandan dərhal çıxmağa çağırıb: “Hər kəs dərhal Tehrandan evakuasiya olunmalıdır!”
Bu açıqlama açıq -aydın şəkildə Tehranın və digər şəhərlərin amansızcasına bombalanacağının anonsudur. Bu barədə İsrali Baş naziri Netanyahu da saatlar öncə açıqlama vermişdi. O, demişdi ki, Tehranı yer üzündən siləcək. Bu açıqlama İranda onsuz da yüksək olan panikanı daha da artırıb. Xəbərə görə hazırda Tehrandan kütləvi köç başlayıb.