Dünya

BMT İsrail və İran arasında hücumları dayandırmaq üçün “təcili diplomatik danışıqlara” çağırır

16 İyun 2025, 12:5338
Reklam728x90
Reklam320x100

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk davam edən hücumlara son qoymaq və həll yolu tapmaq üçün İsrail və İran arasında təcili diplomatik danışıqlara çağırıb.

Avropa.info xəbər verir ki, kiBMT-nin Cenevrədəki ofisində BMT  İnsan Hüquqları Şurasının (İHŞ) 59-cu Sessiyası öz işinə başlayıb.

Türk İsveçrənin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Yurq Lauberin sədrliyi ilə başlayan toplantının açılışında çıxış edib.

 “Mən bu hücumlara son qoymaq və vəziyyəti həll etmək üçün bir yol tapmaq üçün gərginliyin azaldılması və təcili diplomatik danışıqlara çağıran hər kəsə qoşuluram” deyən Türk, İsrail  və  İran  arasında davam edən qarşıdurmaların artmasının  “dərin narahatlıq doğurduğunu” əlavə edib.

Türk hər iki tərəfi beynəlxalq hüquqa, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə mülki şəxslərin müdafiəsinə tam hörmət etməyə çağırıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600