Dünya

Braziliya, Çili və Meksikada minlərlə insan Fələstinə dəstək yürüşü keçirib -Fotolar

16 İyun 2025, 09:175
Reklam728x90
Reklam320x100

Minlərlə fələstinli tərəfdarı İsrailin Qəzzaya davam edən hücumlarına qarşı yürüş etmək üçün Braziliya, Çili və Meksikada toplaşıb.

Avropa.info-nun məlumatına görə Braziliyanın ən böyük şəhəri olan Sao Paulonun mərkəzinə toplaşan braziliyalılar  prezident Luiz İnasio Lula da Silvadan İsraillə  diplomatik münasibətləri kəsməyi tələb ediblər .

Fələstinin braziliyalı tərəfdarları Fələstin bayraqları və İsrailin qırğınlarını əks etdirən plakatlarla yürüş edərək Qəzzada baş verənlərə diqqət çəkiblər.

Müxtəlif vətəndaş cəmiyyəti təşkilatları və bir çox millət vəkilləri nümayişi dəstəkləyib.

Şəkil: AA

Çilinin paytaxtı Santyaqoda toplaşan Fələstin tərəfdarları Qəzza xalqı ilə həmrəylik nümayişi keçirib.

Fələstin bayraqları daşıyan Çili vətəndaşları İsraili Qəzzaya hücumlarını dayandırmağa çağırıb.

Fələstin tərəfdarları həmçinin Çili  prezidenti Qabriel Boriçə İsraillə diplomatik əlaqələri kəsməyə çağırıblar.

 

Şəkil: AA

Fələstin tərəfdarları Meksikanın paytaxtı Mexikoda toplaşaraq Qəzzada “ən qısa zamanda” atəşkəs tələbi ilə nümayiş keçiriblər.

Böyük qrup müxtəlif pankartlarla şəhərin mərkəzinə yürüş edib. Qrup yürüş boyu tez-tez İsrail əleyhinə şüarlar səsləndirib.

Şəkil: AA
Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600