Hadisə

Aksarayda iki hava balonu qəzaya uğrayıb: 1 ölü, 19 yaralı var

15 İyun 2025, 10:096
Reklam728x90
Reklam320x100

Aksarayda İhlara vadisindən havaya qalxan iki isti hava balonu qəzaya uğrayıb. İlkin məlumata görə, 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, bölgənin turizm bölgələrindən biri olan İhlara vadisindən havaya qalxdıqdan az sonra iki isti hava şarı Gözlü Kuyu ərazisinə düşüb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Mərhumun şar pilotlarından biri olduğu bildirilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600