Dünya

Rusiyanın bir sıra hava limanlarında uçuşlar bərpa edildi

9 İyun 2025, 09:1039
Reklam728x90
Reklam320x100

Rusiyanın dörd şəhərinin hava limanları təyyarələrin eniş-uçuşuna qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Avropa.info-nun Rusiya Aviasiyasının Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nijni Novqorod, Saratov, Tambov və Kazan hava limanlarında uçuşlar bərpa edilib.

“Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, – məlumatda deyilir.

05:46

Rusiyanın Kazan, Nijni Novqorod, Saratov və Tambov şəhərlərindəki hava limanları uçuşların təhlükəsizliyini təmin etmək üçün müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.

Bu barədə Avrop.info  Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijni Novqorod (Strigino), Saratov (Qaqarin), Tambov (Donskoye) hava limanlarında onların qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanları müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir”, – məlumatda deyilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600