Dünya

Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

9 İyun 2025, 09:0475
Reklam728x90
Reklam320x100

ABŞ prezidenti Donald Tramp Los-Ancelesdəki sərhəd etirazlarını yatırtmaq üçün əllərindən gələni edəcəklərini bildirib və əlavə edib: “Ölkəmizə və vətəndaşlarımıza təhlükə görsək, asayişin qorunmasında çox sərt davranacağıq”.

Avropa.info xəbər verir ki, ABŞ  prezidenti Tramp  Nyu Cersidəki qolf meydançasından Kemp Devidə  gedərkən hava limanında mətbuat mənsublarına Los-Ancelesdəki hadisələri dəyərləndirib .

Tramp Milli Qvardiyanı Los-Ancelesə göndərdiyini və lazım gələrsə, daha çox Qvardiya əsgəri göndərməyə hazır olduğunu vurğulayıb.

“Düşünürəm ki, bu, üsyan idi və çox pis idi. Əgər ölkəmizə və vətəndaşlarımıza təhlükə görsək, asayişin qorunması baxımından çox güclü hərəkət edəcəyik. Biz qanunun və asayişin qorunduğuna əmin olmalıyıq”, – ABŞ prezidenti bildirib.

Kaliforniya ştatının və Los-Anceles şəhərinin Demokrat liderlərini günahlandıran Tramp bu hadisələrin davam etməsinə heç vaxt icazə verməyəcəklərini bildirib.

ABŞ-ın Los-Anceles şəhərində  İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE)  tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək nümayişləri iki gündür davam edərkən, Tramp administrasiyası tərəfindən sərt açıqlamalar verilir.

Anti-ICE etirazları zamanı bir çox nümayişçi saxlanılıb və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında vaxtaşırı toqquşmalar olub.

ABŞ prezidenti Tramp Los-Ancelesdəki vəziyyətə nəzarət etmək üçün Milli Qvardiyanı yerləşdirdiyini açıqlayıb və regiondakı hadisələrdə Demokrat liderləri günahlandırıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600