Hadisə

Qaxda ağır qəza: yaralılar var – Foto

7 İyun 2025, 20:2446
Reklam728x90
Reklam320x100

Qax-Qorağan avtomobil yolunun Qax rayonunun Turaclı kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.

Avropa.info xəbər verir ki, Qax istiqamətində hərəkətdə olan “Honda” və VAZ-21099 markalı avtomobillər toqquşub. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicələri davam etdirilir.

Baş vermiş qəzanın təfərrüatı araşdırılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600