Hadisə

Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

31 May 2025, 09:538
Reklam728x90
Reklam320x100

Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb.

Avropa.info xəbər verir ki, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfovdur.

Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda bacısına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600