Kriminal

Lənkəranda əmisini qətlə yetirən şəxs həbs edildi

30 May 2025, 10:20138
Reklam728x90
Reklam320x100

Lənkəranda qətl hadisəsi baş verib.

Avropa.info xəbər verir ki,  hadisə Vilvan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.

Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.

Kəsici-deşici alətlə öldürülən Vəliağa Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

***

Avropa.info xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600