Dünya

 İsrail ordusu Qəzzanın şimalındakı fələstinlilərin qərbə doğru qovulmasını əmr edir

30 May 2025, 08:2656
Reklam728x90
Reklam320x100

 İsrail ordusu Qəzza zolağının daimi işğalı üçün şiddətli hücumu çərçivəsində fələstinliləri şimal-qərbdən qovmaq əmri verib.

Avropa.info xəbər verir ki, İsrail  Ordusunun  sözçüsü Aviçay Adraee  X sosial media  platformasında  Qəzza zolağının  şimalında 2 şəhərin 5 məhəlləsində yaşayan fələstinlilərin  məcburi köçkün edilməsi ilə bağlı  xəritə paylaşıb .

Adraee bəyan edib ki, İsrail ordusu Əl-Atatira, Cibaliya əl-Baled, Əl-Şücayyə, Əd-Derec və Əl-Zeytun bölgələrində hücumlarını gücləndirəcək və genişləndirəcək.

Adraee fələstinlilərə dərhal bu əraziləri boşaltmağı və qərbə doğru hərəkət etməyi əmr etdi.

İsrail ordusu bundan əvvəl  Qəzzanı daimi olaraq işğal etmək üçün  “Gideonun döyüş arabaları” adlı qurudan hücuma başladığını elan etmişdi .

İsrail ordusunun Qəzza zolağının işğalını genişləndirəcək və onu daimi hala gətirəcək hücum planı fələstinlilərin Qəzzanın cənubundakı “toplama düşərgələrinə” deportasiyasını nəzərdə tutur.

Keçən həftə İsrail mətbuatında çıxan xəbərlərdə ordunun 2 ay ərzində Qəzzanın 75 faizini işğal etməyi planlaşdırdığı qeyd edilmişdi.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600