ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
Avropa.info CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Daxili təhlükəsizlik katibi Kristi Noem “X” hesabında məlumat yayıb.
Məlumata görə, səfirlik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdə atəşə tutulublar.
“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, – deyə Noem qeyd edib.
İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələnib.
O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.