Dünya

Şimali Koreyaya məxsus döyüş gəmisi  sürüşmə yolundan düşüb

22 May 2025, 07:3168
Reklam728x90
Reklam320x100

Şimali Koreyada yeni hərbi gəminin istismara vermə mərasimi zamanı suya salındığı zaman sürüşmə zolağından düşdüyü bildirilir.

Avropa.info xəbər verir ki, Şimali Koreya  Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkənin şərqindəki Çonjin limanında yeni esminesin istismara verilməsi mərasimi zamanı “ciddi qəza” baş verib.

500 tonluq  döyüş gəmisi  suya salınan zaman arxa sürüşmə yolundan sürüşərək quruya oturub. Bildirilib ki, gəminin dibi əzilib, tarazlığı pozulub və onu suya endirmək mümkün olmayıb.

Mərasimə qatılan Şimali Koreya lideri Kim Çen In komandirləri ehtiyatsızlıq və məsuliyyətsizlikdə günahlandıraraq, hadisəni “ciddi qəza” və “cinayət aktı” kimi qiymətləndirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600