Rusiyanın “Rostex” dövlət korporasiyası Ermənistana dağlıq ərazilərdə təyyarələrin naviqasiyasına kömək edən avadanlıq verib. Söhbət “Azimut” şirkətinin VOR/DME 2700 çox istiqamətli radiomayakından gedir.
Avropa.info xəbər verir ki, bu barədə “Azimut” şirkətinin vitse-prezidenti Aleksey Qalçenkov məlumat verib.
Avadanlıq Qarakilsə (Sisian) şəhərində quraşdırılıb və eyni anda 200-ə yaxın təyyarəni izləmək imkanına malikdir.
“Biz VOR/DME 2700-ün Ermənistanda sınaqlarını başa çatdırdıq, bu da təyyarələrin dağlıq ərazilərdə və pis hava şəraitində naviqasiyasına imkan verəcək”, – Qalçenkov bildirib