İsrail ordusu dayanmır: 4 Fələstinli ölüb, çoxlu yaralı var
İsrail ordusunun Qəzza zolağının şimalında bir çox bölgədə həyata keçirdiyi hücumlarda 4 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.
Avropa.info-nun məlumatına görə Səhiyyə rəsmiləri İsrail döyüş təyyarələrinin Cibaliya Qaçqınlar Düşərgəsinin qərbində Əl-Faluca bölgəsində Əl-Furqan məscidi yaxınlığındakı bir evi hədəf alması nəticəsində ölən və yaralananların olduğunu bildirib.
Səhiyyə rəsmiləri hücum nəticəsində ölən və yaralananların sayı barədə məlumat verməyib.
Şahidlər həmçinin bildiriblər ki, İsrail ordusu Qəzza zolağının şimalında Cibaliyanın şərq rayonları və Beyt Lahiyanın Şeyx Zayed rayonuna artilleriya hücumu təşkil edib.
Fələstinin rəsmi agentliyi olan WAFA, İsrail döyüş təyyarələrinin Cibaliya Qaçqınlar Düşərgəsinin qərbindəki Əl-Faluca bölgəsində bir evə hücumu nəticəsində 4 fələstinlinin öldüyünü və çoxlu sayda insanın yaralandığını bildirib.
Xəbərdə İsrail artilleriyasının Cibaliyanın şərqindəki İzbet Əbdül-Əbdül-Abbu yaxınlığındakı Şeyx Zeid və Kalibo bölgələrinə və Hamuda qovşağına da şiddətli atəş açdığı, döyüş təyyarələrinin isə Qəzza zolağının cənubundakı Xan Yunisin şərqindəki Abasan bölgəsinə hava hücumu təşkil etdiyi qeyd edilib.