Dünya

Liviya hökuməti: Tripolidə münaqişə zonası nəzarət altındadır

13 May 2025, 10:0246
Reklam728x90
Reklam320x100

Liviya Milli Birlik Hökuməti Tripolidə qarşıdurmaların baş verdiyi Əbu Səlim bölgəsinin nəzarətə götürüldüyünü açıqlayıb.

Avropa.info xəbər verir ki, Liviya  Milli Birlik Hökumətindən verilən açıqlamada Müdafiə Nazirliyi qüvvələrinin paytaxt Tripolinin Əbu Səlim bölgəsindəki hərbi əməliyyatı uğurla başa vurduğu bildirilib.

Bəyanatda bölgənin nəzarət altında olduğu, Müdafiə Nazirliyi qüvvələrinin təhlükəsizlik və sabitliyin davamlılığını təmin etmək üçün işlərini davam etdirdiyi qeyd edilib.

Tripolidəki hadisələr

Liviya mətbuatında Tripolidəki milis qruplarından biri olan Sabitliyə Dəstək Birliyinin lideri Əbdülqani əl-Kiklinin öldürüldüyü barədə xəbərlər yayılıb. Daha sonra sosial şəbəkələrdə Sabitliyə Dəstək Dəstəsi milisləri ilə Müdafiə Nazirliyinə bağlı qüvvələr arasında baş verən qarşıdurmanın görüntüləri yayılıb.

Liviya Daxili İşlər Nazirliyi vətəndaşları təhlükəsizlikləri üçün evdə qalmağa çağırıb və Tripoli Universiteti təhsili dayandırdığını açıqlayıb.

Tripoli Universiteti Xəstəxanasının direktoru Əbdülhəlim əl-Şeybani 1-i ağır olmaqla 5 yaralının xəstəxanaya gəldiyini açıqlayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600