Dünya

Avriareyslər təxirə salınmışdı: Türk Hava Yolları və “Pegasus”dan tarixi İsrail QƏRARI

5 May 2025, 12:0381
Reklam728x90
Reklam320x100

1,5 ildir İsrailə uçuşlar həyata keçirməyən Türk Hava Yolları (THY) və “Pegasus” da Ben Qurion Hava Limanında uçuş slot hüququndan imtina edib.

Avropa.info xəbər verir ki, “Türkiye” qəzetində yer alan xəbərə görə, 1,5 ildən artıqdır İsrailə uçuş həyata keçirməyən Türk Hava Yolları (THY) və “Pegasus”dan yeni addım atılıb. Hər iki Türkiyə aviaşirkəti Ben Qurion hava limanında uçuş yerlərindən imtina etmək qərarına gəlib.

Türk Hava Yolları Ben Gurion Hava Limanından istifadə edən dördüncü, “Pegasus” isə on ikinci ən böyük hava yolu şirkəti kimi tanınsa da, hər iki şirkət uçuş boşluqlarını saxlayaraq İsrailə uçuşların qapısını açıq saxlayıb.

Uçuş slotları hava yolu şirkəti tərəfindən müəyyən bir gündə və müəyyən bir müddət ərzində eniş və enmə üçün hava limanı səlahiyyətlisi tərəfindən verilən icazələr kimi tanınır. Bu hüquq həm də aviaşirkətlərə hava limanı xidmətlərindən və infrastrukturundan istifadə imkanı verir.

Digər tərəfdən, keçən həftə İngiltərənin ən böyük hava yolu şirkəti olan “Virgin Atlantic Airways” də Londondan Təl-Əvivə birbaşa uçuşları dayandırmağa qərar verib.

Avropa.info

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600