Təl-Əvivdə ölkə tarixində ən böyük yanğınlardan biri olduğu deyilən meşə yanğını ilə mübarizə aparan İsrailin cənubunda güclü qum fırtınası baş verib.
Avropa.info xəbər verir ki, İsrailin “Kanal 12” televiziyası ölkənin cənubunda baş verən tufanı “qeyri-adi” adlandırıb.
İsrail ölkənin mərkəzi hissəsindəki meşə yanğınını nəzarət altına almaq üçün mübarizə apararkən, cənubdakı Beer-Şeba bölgəsində güclü qum fırtınası baş verib.
Fırtına səbəbindən bəzi ərazilərdə görmə məsafəsi sıfıra enib, səmanı toz bürüdü.
“Kanal 12” televiziyası İsrail əsgərlərinin fırtına səbəbindən hərbi bazanın qapısını çətinliklə bağladığı görüntüləri nümayiş etdirərək “ölkədə qeyri-adi qum fırtınası baş verdiyini” bildirib .