Hadisə

Masallıda ana doğuş zamanı VƏFAT ETDİ

23 Aprel 2025, 13:5215
Reklam728x90
Reklam320x100

23 aprel 2025-ci il tarixində saat 00:05 radələrində 1989-cu il təvəllüdlü Nərmin Mehbalıyeva 40 həftə 3 günlük hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Avropa.info  xəbər verir ki, xəstəxanada ona zəruri tibbi müayinələr aparılıb və doğuşun konservativ-gözləyici taktika ilə idarə olunmasına qərar verilib.

Lakin saat 03:00 radələrində hamilənin səhhətində qəfil pisləşmə müşahidə olunub. Tibb heyəti tərəfindən aparılan təxirəsalınmaz reanimasiya tədbirlərinə baxmayaraq, həmin gün saat 03:26-da qadının vəfat etdiyi qeydə alınıb.

Hazırda ölüm faktı ilə bağlı müvafiq araşdırmalar aparılır, ilkin səbəbin müəyyənləşdirilməsi istiqamətində ekspertiza təyin edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600