Kriminal

Baş Notarius idarəsində korrupsiya əməliyyatı -saxlanilanlar var?

23 Aprel 2025, 11:0262
Reklam728x90
Reklam320x100

Hüquq mühafizə orqanları tərəfindən Ədliyyə Naziriliyinin Notariat İdarəsində aparılan əməliyyat tədbirləri nəticəsində vergidən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya faktları aşkar olunub. 

Avropa.info xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə bununla əlaqədar olaraq Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi – Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini Anar Bahadır oğlu Süleymanovun saxlanıldığı bildirilir.

Xatırladaq ki, Ədliyyə Naziri Fərid Əhmədov 2024-cü ilin aprel ayında Anar Süleymanov bu vəzifəyə təyin etmişdi.

Əldə etdiyimiz məlumata görə Anar Süleymanovun bir sıra Notariuslara verdiyi qeyri qanuni tapşırıq və icra edilən səndələrin yoxlanılması həyata keçirilir.

Korrupsiya faktlarında əlbir olan şəxslərin və digər informasiyaların dəqiqləşdirilməsi aparılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən qeyd etdiyiniz əməliyyat tədbirlərinin aparılması barədə Ədliyyə Nazirliyində hər hansı məlumat yoxdur.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600