Dünya

Pentaqon: Yaxın aylarda Suriyadakı əsgərlərimizin sayını 1000-dən aşağı salacağıq

19 Aprel 2025, 09:2748
Reklam728x90
Reklam320x100

Pentaqonun sözçüsü Sean Parnell, Suriyada xidmət edən ABŞ əsgərlərinin vəzifələri ilə bağlı edilən yeniləmələr nəticəsində, önümüzdəki aylarda ölkədəki əsgərlərin sayının 1000-dən aşağı salınacağını açıqladı.

Avropa.info xəbər verir ki, Sözçü Parnell tərəfindən edilən yazılı açıqlamada  Suriyadan çıxarılacaq ABŞ əsgərləri  ilə bağlı məlumat verilib .

ABŞ sözçüsü açıqlamasında Suriyada terror təşkilatı İŞİD-ə qarşı əldə edilən uğurlara və hazırkı hərbi qiymətləndirmələrə toxunaraq, “Müdafiə naziri bu gün Birləşmiş Müştərək İşgüzar Qüvvələr-Qətiyyət əməliyyatı çərçivəsində Suriyadakı ABŞ qüvvələrinin müəyyən nöqtələrdə birləşdirilməsi əmrini verdi” dedi. ifadəsini işlətdi.

Parnell, bu iki əməliyyatın birləşdirilməsinin ABŞ-ın Suriyadakı əsgər sayını azaltması mənasına gəldiyini qeyd edərək, “Bu şüurlu və şərtlərə əsaslanan proses ABŞ-ın Suriyadakı izini önümüzdəki aylarda 1000-dən az ABŞ qüvvəsinə endirəcək” dedi. qiymətləndirməsini etdi.

DAEŞ-ə qarşı atılan addımlara diqqət çəkən sözçü, mübarizənin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daxilində davam etdiriləcəyini bildirib.

“Terrorizm təhlükəsi təkcə Yaxın Şərqlə məhdudlaşmır və biz bütün qitələrdə İŞİD-in gizlənməyə heç bir yerinin olmaması üçün ayıq-sayıq olacağıq”, – Parnell bildirib. O, “QSD” ifadəsini işlətdiyi açıqlamada əvvəlki açıqlamalarından fərqli olaraq terror təşkilatı YPG/PKK-nın SDG adını istifadə edən ünsürlərdən bəhs etməyib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600