Dünya

 İsrail Müdafiə Naziri İrana hücumla hədələyib “Nə olursa olsun”

18 Aprel 2025, 18:089
Reklam728x90
Reklam320x100

İsrailin müdafiə naziri Yisrael Katz Tehrana hücumla hədələdiyini bir daha təkrar edərək bildirib ki, “biz nəyin bahasına olursa olsun, İranın nüvə silahı əldə etməsinin qarşısını alacağıq”.

Avropa.info xəbər verir ki, Donald Trampın İsrailin İrana hücum planlarını  rədd etməsi  ilə bağlı iddialardan sonra müdafiə naziri Katz İranın nüvə obyektlərinə hücum mesajı verib.

Baş nazir Binyamin  Netanyahunun liderliyində  İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün əlaqəli tərəflərlə dəqiq bir siyasət yürütməkdə qərarlı olduqlarını müdafiə edən Katz, İrana hücum edə biləcəklərinə diqqət çəkdi.

İrana hücum planları müzakirə edilərkən,  İsrailin  dövlət televiziyası KAN dünən ABŞ-ın bunkerləri partladan bombalar daşıyan 9 nəqliyyat təyyarəsi ilə ölkəyə hərbi sursat göndərdiyini bildirib.

Trampın İsrailin hücum planını rədd etdiyi iddia edilir

“The  New York Times”  yazır ki, İsrail may ayında İrana böyük hücum, o cümlədən Tehranın nüvə obyektlərinə zərbələr endirmək planını Ağ Evə çatdırıb.

ABŞ  prezidenti Donald Trampın İsrailin hücum planını rədd etdiyi və  İranla  nüvə danışıqları yolunu seçdiyi bildirilib.

İsrailin baş nazirliyi məsələ ilə bağlı açıqlamasında “Trampın İsrailin may ayında İrana hücum planını rədd etdiyi” xəbərini təkzib etməyib.

Tramp isə öz növbəsində deyib ki, İsrail İranın nüvə obyektlərinə hücum etmək üçün mümkün planını “ertələmir”, lakin indiki mərhələdə bunu etməyə tələsmir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600