Hər iki tərəf sülhə sadiq olarsa, ABŞ hakimiyyəti Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazırdır.
Avropa.infi xəbər verir ki, bu sözləri Parisdə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Marko Rubio deyib.
“Hər iki tərəf sülhə nail olmaqda ciddidirsə, o zaman biz kömək etmək istəyirik. Ukraynada münaqişənin sona çatma ehtimalı bir neçə gün ərzində başa düşüləcək”, – o bildirib.