Ermənistana 2022-2024-cü illər arasında idxal edilmiş bütün silahların 43%-ni Hindistan təmin edib.
Avropa.info xəbər verir ki, bu barədə “Röyters” Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna istinadən məlumat yayıb.
“2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43%-i Hindistandan gəlib”, – qeyd olunub.
Xatırladaq ki, son illər Hindistan Ermənistan ordusunun əsas silah tədarükçüsünə çevrilib. Tərəflər 2022-2023-cü illərdə yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıb