Dünya

 İsrail ordusunun hücumları nəticəsində 11 fələstinli həlak olub

5 Aprel 2025, 12:4844
Reklam728x90
Reklam320x100

Qəzza zolağında soyqırım törədən İsrailin həyata keçirdiyi hücumlarda ən azı 11 fələstinli həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.

Avropa.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrailin pilotsuz uçuş aparatı (PUA) Xan Yunisin qərbindəki Katatva Qaçqınlar Düşərgəsindəki şorbaxananı hədəf alıb.

Hücum nəticəsində 3 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb. Eyni şəkildə  Xan Yunus  şəhər mərkəzindəki bir evə pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər ölüb, həyat yoldaşı və uşağı isə yaralanıb .

Qəzza şəhərinin  Zeytun məhəlləsində Sikke küçəsində artilleriya hücumu nəticəsində bir qadın həyatını itirib .

İsrail  ordusunun Qəzza şəhərinin mərkəzi, Rəfah şəhəri və müxtəlif məntəqələrə təşkil etdiyi hava hücumlarında 5 fələstinli həyatını itirib.

İsrail ordusu da intensiv artilleriya atəşi ilə Rəfah şəhər mərkəzi, şimaldakı Ariba rayonu və ətraf əraziləri hədəfə alıb.

Xəstəxana mənbələri daha əvvəl Rəfahın şimal-şərqindəki Nəsr qəsəbəsinə edilən hücumda yaralanan Bahəddin Raid Muharib adlı gəncin də öldüyünü açıqlayıb.

Qəzzanın şərqindəki Şucayyə məhəlləsində bir ev də İsrail  döyüş təyyarələri tərəfindən bombalanıb  . Hücumda ölən və yaralananların olduğu açıqlanıb, lakin təfərrüat verilməyib.

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər şiddətli hücumlarını bərpa edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600