Hadisə

4 yaşlı Uğur vurulan iynədən sonra iflic olub-Video

3 Aprel 2025, 06:4955
Reklam728x90
Reklam320x100

Valideyn vurulan qızdırma iynəsindən övladının iflic olduğunu iddia edir.

Avropa.info xəbər verir ki, 4 yaşlı Uğur Xankişiyevin valideyninin sözlərinə görə, uşağın qızdırması qalxdığı üçün təcili tibbi yardım çağırıb. Gələn həkimlər Uğuru Yasamalda Uşaq Klinik Xəstəxanasına aparıblar.

Lakin 3 gündən sonra evə buraxılacağı deyilən azyaşlının vəziyyəti vurulan iynədən sonra pisləşib.

Valideyn iddia edir ki, uşağın yaxşı olmadığını həkimə 3 dəfə bildirsə də, ona bunun normal hal olduğu deyilib.

Məsələ ilə bağlı Uşaq Klinik Xəstəxanasının Reanimasiya şöbəsindən bildirilib ki, valideynin iddiaları ilə bağlı araşdırma aparılır.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600