Manşet

Prezident İlham Əliyev yeni fərman imzalayıb

2 Aprel 2025, 17:1675
Reklam728x90
Reklam320x100

“Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Somalinin Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Avropa.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Somali Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, saziş bu ilin fevral ayının 12-də Bakıda imzalanıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600