Hadisə

Azərbaycanda ağır qəza: Bir ailənin 3 üzvü yaralandı – YENİLƏNİB – FOTO

30 Mart 2025, 19:162
Reklam728x90
Reklam320x100

Ucarda baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.

“Mercedes” və “VAZ 21 06” markalı minik avtomobillərinin kənd yolunda toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Gərayeva Ülviyyə Elman qızı, 2016-cı il təvəllüdlü Gərayeva Zəhra Cəmil qızı və sürücü – 1991-ci il təvəllüdlü Gərayev Cəmil Ədalət oğlu xəsarət alıb.

***18:47

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.

“Mercedes” və “VAZ 21 06” markalı minik avtomobilləri kənd yolunda toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600