Dünya

Tramp FTB-nin Rusiya ilə seçki kampaniyası əlaqələrini araşdıran sənədləri açıqlayacaq

26 Mart 2025, 08:3347
Reklam728x90
Reklam320x100

ABŞ prezidenti Donald Tramp 2016-cı il seçki kampaniyasının Rusiya ilə “potensial” əlaqələrini araşdıran Federal Təhqiqatlar Bürosunun (FTB) sənədlərinin ictimaiyyətə açıqlanacağını bildirib.

Ağ Ev bildirib ki,  Tramp 2016-cı il seçki kampaniyasının Rusiya ilə “potensial” əlaqələrinin olub  -olmadığını araşdıran FTB sənədləri ilə bağlı memorandum yayımlayıb .

Sözügedən faylların ictimaiyyətə açılmasını yönləndirən memorandumun imzalanması zamanı Tramp, “Açığı, FTB,  Ədliyyə Nazirliyi və ( ABŞ-ın  keçmiş   prezidenti Joe) Bayden özlərindən utanmalıdırlar”  ifadəsini işlətdi.

Rusiya istintaqi

Rusiya hökumətinin 2016-cı il prezident seçkilərinə Trampın xeyrinə təsir etdiyi iddialarından sonra Robert Müller 2017-ci ildə Trampın seçki prosesi zamanı kampaniyasının fəaliyyətini araşdırmaq üçün xüsusi müşavir təyin edilib   .

Təxminən 2,5 il davam edən araşdırmadan sonra Trampı mühakimə edəcək heç bir dəlil tapılmadı və iş bağlandı.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600