Kriminal

Şahin Məmmədov Qazaxıstanda tutularaq Azərbaycana gətirildi

19 Mart 2025, 13:1751
Reklam728x90
Reklam320x100

Qazaxıstanda tutulmuş Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Avropa.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Məmmədov Şahin Həmdulla oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Şahin Məmmədov Qazaxıstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600