Hadisə

Bakıda dəhşətli yanğın – 3 nəfər faciəvi şəkildə öldü

18 Mart 2025, 19:0473
Reklam728x90
Reklam320x100

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Avropa.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600