İşğalçı İsrail ordusu Qəzzada HƏMAS-ın hədəflərinə havadan hücum edib. Partlayış səslərinin eşidildiyi Qəzzada çoxlu sayda insan ölüb və yaralanıb.
Avropa.info-nun məlumatına görə atəşkəs rejiminə məhəl qoymayan işğalçı İsrail ordusu Qəzza zolağına yenidən genişmiqyaslı hücumlara başladığını açıqlayıb.
İsrailin Qəzzaya ən azı 35 hava hücumu təşkil etdiyi bildirilir.
Fələstin Fövqəladə Hallar Xidməti İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 30 nəfərin öldüyünü, onlarla insanın yaralandığını açıqlayıb.
İsrail Ordusu Daxili Cəbhə Komandanlığı Qəzza zolağı ətrafındakı məktəblərdə təhsilin dayandırıldığını və fermerlərin sərhədə yaxın işləməsinə icazə verilməyəcəyini açıqlayıb.