Üç vilayətdə keçirilən əməliyyatlarda Türkiyədəki hərbi bazalar, kritik bölgələr və xaricdəki mühüm nöqtələr haqqında məlumat əldə edib İran kəşfiyyatına ötürdükləri təsbit edilən 5 şübhəli saxlanılıb.
Avropa.info xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyasında aparılan işlərdə 5 şübhəlinin “hərbi və siyasi casusluq” cinayətini işlətdiyi müəyyən edilib.
İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat zabitləri ilə əlaqə qurduqları təsbit edilən şübhəlilərin Türkiyədəki hərbi bazalar və mühüm bölgələr və xaricdəki kritik nöqtələr haqqında məlumat əldə edərək İran kəşfiyyatına ötürdükləri müəyyən edilib.
Şübhəlilər haqqında verilən həbs qətimkan tədbirinin ardından İstanbul mərkəzli Antalya və Mersində keçirilən əməliyyatlarda 5 şübhəli yaxalanıb .