Dünya

“Şübhəsiz ki, İran onların ümidlərini doğrultmayacaq”-Ayətullah Əli Xamenei

8 Mart 2025, 21:2256
Reklam728x90
Reklam320x100

“İran ABŞ-ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür”.

Avropa.info xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

“Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. Şübhəsiz ki, İran onların ümidlərini doğrultmayacaq”, – Xamenei deyib.

Onun sözlərinə görə, Qərbin ikili standartlardan istifadə etməsi “sivilizasiya üçün rüsvayçılıqdan” başqa bir şey deyil.

O əlavə edib ki, İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyasının cinayətlərini etiraf etmək və eyni zamanda israillilərin Qəzza zolağındakı cinayətlərini inkar etmək mümkün deyil.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600