Dünya

“Biz Ukrayna qoşunlarının çox cəsarətlə döyüşdüyünü düşünürük”-Ceyms Devid Vans

5 Mart 2025, 05:4982
Reklam728x90
Reklam320x100

“Ukrayna yardımın bərpası üçün masa arxasına gəlməli və danışıqlara başlamalıdır”.

Avropa.info-nun məlumatına görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vans jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Prezident Donald Tramp hələ də nadir minerallarla bağlı sazişə sadiqdir.

“Biz Ukraynanın suveren və müstəqil ölkə olmasını istəyirik. Biz Ukrayna qoşunlarının çox cəsarətlə döyüşdüyünü düşünürük, lakin biz elə bir nöqtəyə gəlib çatmışıq ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni sonsuza qədər davam etdirə bilməyəcəklər. Ona görə də hamının masa arxasına gəlməsi vacibdir. Prezidentin mesajı isə çox açıqdır: ukraynalılar masa arxasına gəlməli və minerallarla bağlı sövdələşmə üçün Prezident Trampla danışıqlara başlamalıdırlar”, – deyə vitse-prezident əlavə edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600