Hadisə

Sabunçuda daha bir nəfər spirtdən zəhərlənərək ölüb

4 Mart 2025, 11:0217
Reklam728x90
Reklam320x100

Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.

Avropa.info  xəbər verir ki, hadisə Sabunçu rayonu, eyniadlı qəsəbədə baş verib.

Burada evlərdən birində 46 yaşlı S. Lukoninin meyiti tapılıb. İlkin ehtimala görə, onun texniki spirtdən zəhərlənərək öldüyü güman edilir.

Mərhumun meyiti tapılandan 3-4 gün əvvəl öldüyü bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam metil spirtindən zəhərlənərək ölüb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600