Dünya

Ekvadorda daşqın: 2 nəfər ölüb, 81 nəfər yaralanıb

4 Mart 2025, 06:1947
Reklam728x90
Reklam320x100

Cənubi Amerika ölkəsi Ekvadorun cənubunda daşqın nəticəsində 2 nəfər ölüb, 81 nəfər yaralanıb.

Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, El Oro əyalətinin Pinas qəsəbəsinə yağan güclü leysan insan tələfatına və böyük dağıntılara səbəb olub.

Səlahiyyətlilər indiyədək iki nəfərin öldüyünü, əksəriyyəti yüngül olmaqla 81 nəfərin yaralandığını bildirib.

San Roque çayının daşması nəticəsində bir çox ev və iş yeri su altında qalarkən, mülki müdafiə qruplarının axtarış-xilasetmə işləri davam edir.

Ekvadorda daşqın: 2 nəfər ölüb, 81 nəfər yaralanıb

Yağışlardan 73 min insan zərər çəkib

Rəsmi açıqlamalara görə, rayonda 19 ev tamamilə dağılıb, 85 ev, 23 ictimai bina, səhiyyə ocağına və körpüyə ziyan dəyib.

Ekvador prezidenti Daniel Noboa təbii fəlakətin baş verdiyi Pinas şəhərinə səfər edib, vətəndaşlarla görüşüb.

Yerli hakimiyyət orqanları ilə görüşən Noboa humanitar yardımın sürətləndirilməsi və bölgənin tez bir zamanda normal vəziyyətə salınması üçün göstərişlər verib.

İlin əvvəlindən bu yana davam edən leysan yağışlar nəticəsində 14 nəfər həyatını itirərkən, 73 min insan isə yağışlardan zərər çəkib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600