Hadisə

Kürün Samux rayon ərazisində batan şəxsin axtarışlari davam etdirilir

3 Mart 2025, 15:0658
Reklam728x90
Reklam320x100

Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Avropa.info xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Xatırladaq ki, İsmayıl Şubliyev ilə həmin ərazidə batan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlunun meyiti fevralın 23-də sudan çıxarılıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600